AZ

İranın Berlindəki səfiri: Hörmüz boğazı təcavüzkar olmayan ölkələrin gəmiləri üçün açıqdır

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın Berlindəki səfiri Məcid Nili Əhmədabadi bəyan edib ki, Hörmüz boğazı təcavüzkar ölkələrə məxsus olmayan bütün gəmilər üçün açıqdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə, o, "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə belə deyib:

"Hörmüz boğazı təcavüzkar olmayan bütün tərəflər üçün açıq olub və açıq qalır".

Diplomatın sözlərinə görə, "əgər müharibə gedirsə, bunun iqtisadi nəticələri olur".

"Biz bunu istəmirik. Əgər bizim iqtisadi və siyasi vəziyyətimizin və ya sabitliyimizin xeyrinə olacaq uzunmüddətli atəşkəs mümkündürsə, biz bunu dəstəkləyəcəyik", — deyə səfir qeyd edib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr