İngiltərə çempionatında bir oyun istisna olmaqla 31-ci tura yekun vurulub. ''Mançester Siti'' - ''Kristal Pelas'' oyunu daha sonra keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, ''Tottenhem'' fanatlarına yenə böyük bir şok yaşadıb. Elitada qalmaq uğrunda mübarizə aparan London təmsilçisi birbaşa rəqiblərindən olan ''Nottingem Forest'' önündə evdə əsil fiasko yaşayaraq 3 cavabsız qolla məğlub olub.
''Nottingem Forest'' ilk dövrədə öz fanatları önündəki oyunda da bu hesabla qalib gəlmişdi. ''Tottenhem'' odla oynamaqda davam edir. Komandanın İngiltərə çempionatında qələbəsiz seriyası 13 oyuna yüksəldi (5 heç-heçə, 8 məğlubiyyət)! Bu, ''mahmızlar''ın son 91 ildəki ən pis seriyasıdı.
Bundan başqa ''Tottenhem'' 31 tura cəmi 30 xal toplayıb. Bu, komandanın 1914/15 (!) mövsümündən bu yana ən pis göstəricisidi. İqor Tudor hər an qovula bilər. Baxmayaraq ki, o, bu vəzifəyə fevralın 14-də gətirilmişdi. Həftəni 17-ci pillədə tamamlayan bu kollektiv düşmə zonasından cəmi 1 xal öndədi.
Maraq üçün bildirək ki, ''Tottenhem'' sonuncu dəfə elitanı 1977-ci ildə, yəni 49 il öncə tərk edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta