AZ

KİV: "Saudi Aramco"nun ABŞ səfərini ləğv edib

KİV: "Saudi Aramco"nun ABŞ səfərini ləğv edib

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun rəhbəri Amin Nasser Yaxın Şərqdəki gərginlik səbəbindən ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nasser Texasda keçirilən "CERAWeek" enerji konfransında iştirak etməli idi, lakin bölgədəki hərbi əməliyyatların iqtisadi fəsadları ilə məşğul olmaq üçün ölkədə qalmağa qərar verib.

Qeyd edək ki, fevralın 28-dən başlayan münaqişə hələ də davam edir.

Seçilən
28
afn.az

1Mənbələr