AZ

Trampın İranla danışıqlar barədə bəyanatından sonra bitkoin bahalaşıb

Trampın İranla danışıqlar barədə bəyanatından sonra bitkoin bahalaşıb

Bitkoinin dəyəri 16 fevral 2026-cı ildən bəri ilk dəfə 70 min dollar həddini keçib.

AFN.az "Binance" platformasının məlumatlarına əsasən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:13-də bitkoin 4,12% artaraq 71,499 min dollara çatıb.

Qiymət artımına ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehranın son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına dair "konstruktiv danışıqlar" apardığını bildirməsi təsir edib. Tramp həmçinin həftə ərzində davam edəcək məsləhətləşmələr fonunda Pentaqona İranın enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsini beş gün müddətinə təxirə salmağı əmr etdiyini açıqlayıb.

Seçilən
30
afn.az

1Mənbələr