AZ

Arif Əsədov: Qarşıdakı oyunlarda yəqin ki, bu seriya qırılacaq

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qələbəsiz seriyasının bu qədər uzunmasının səbəbini deyə bilmərəm. Sonuncu dəfə mənim rəhbərliyim altında yoldaşlıq qarşılaşmasında Qazaxıstanı 3:2 hesabı ilə məğlub etmişik". Bu sözləri Sport24.az-a açıqlamasında millisinin sabiq məşqçisi Arif Əsədov deyib.Təcrübəli mütəxəssis Azərbaycan yığmasının "FIFA Series - 2026" beynəlxalq turnirindəki şanslarını dəyərləndirib:"Məndən sonra yığmaya Fernandu Santuş rəhbərlik etdi və bunu yığmanın ən uğursuz dönəmi kimi qiymətləndirirəm. Hazırda Ayxan müəllimlə millidə müsbət mənada dəyişiklik hiss olunur. Qarşıdakı oyunlarda yəqin ki, bu seriya qırılacaq. Ölkənin əsas komandasına dəvət olunan futbolçular Ayxan Abbasovun seçimidir. Yəqin ki, bu matçlara öz strateji yanaşması var. Hər bir futbolçu üçün millinin qapıları açıqdır. Yoldaşlıq oyunlarından söhbət gedirsə, hamıya şans verilə bilər. Burada Ayxan Abbasovun baxışı vacibdir".Qeyd edək ki, Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
sport24.az

1Mənbələr