AZ

Pep Qvardiola Avropanın ən yaxşı üç klubunun adını çəkib

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Avropanın ən yaxşı üç futbol klubunun adını çəkib və öz komandasını siyahıya salmayıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "AS" nəşrinə açıqlama verib:

"Arsenal", "Bavariya" və bəlkə də "Barselona" hazırda Avropanın ən yaxşı komandalarıdır".

Dünən keçirilən İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti" "Arsenal"ı 2-0 hesabı ilə məğlub edib. Niko O'Reyli "Mançester Siti"nin hər iki qolunun müəllifi olub. Qvardiola "şəhərlilər"in baş məşqçisi kimi beşinci kuboku qazanıb.

Qeyd edək ki, "Arsenal", "Bavariya" və "Barselona" milli çempionatlarında liderlik edir və Çempionlar Liqasının dörddəbir finalının iştirakçılarıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
sport24.az

1Mənbələr