AZ

"Səmaya yüksələnlər"

"Səmaya

Ulusum.azBakı Dövlət Sirkində Novruz bayramına özəl endirimli qiymətlərUlusum.az xəbər verir ki, Bakı Dövlət Sirki 14–30 mart tarixlərində beynəlxalq sirk festivallarının mükafatçıları, Avropanın 5 ölkəsini təmsil edən sənətçilərin iştirakı ilə hazırlanmış “Səmaya yüksələnlər” adlı şou təqdim edəcək.Tamaşa Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda təqdim olunacaq.Bakı Dövlət Sirkindən Ulusum.az -a verilən məlumata görə, bu dəfə arenaya Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan məşhur akrobatlar və artistlər çıxacaqlar.Proqramda Rusiyadan Kolqanov–Beloqorlov kloun dueti, Nikulin Sirkinin (Moskva) möhtəşəm hava trapesiya nömrəsi, təlimləndirilmiş itlər və atlar ilə maraqlı və valehedici nömrələr, yelləncəkdə həyəcan dolu akrobatik çıxış, Avropanı turnikdə möhtəşəm performansı ilə heyran etmiş akrobatik duet, atlarda ecaskar qızların akrobatik nömrələrlə çıxışı kimi və s. nömrələr yer alacaq.Hər nömrə adrenalini yüksəldir, hər çıxış tamaşaçıları möcüzələrlə dolu bir dünyaya aparır.“Səmaya yüksələnlər” şousu 14, 15, 20, 21, 22 və 30 mart tarixlərində gündə bir seans, 23-29 mart tarixlərində isə gündə iki seans olaraq göstəriləcək.

Diqqət Çəkənlər

Prezident ailəsini şantaj edən şəxs danışdı

Prezidentin ailəsini şantaj edən tanınmış şəxsin nəvəsidir?

Prezident İlham Əliyevin Şamaxı səfəri

Seçilən
32
ulusum.az

1Mənbələr