AZ

Zidan Fransa millisinin sükanı arxasına keçir: Deşamı əvəz edəcək

Fransa futbolunda mühüm dəyişiklik gözlənilir. Zinəddin Zidanın yaxın vaxtlarda Fransa milli futbol komandasının baş məşqçisi postuna gətiriləcəyi bildirilir.

Ölkə.az xəbər verir ki, Fransanın “Le Parisien” nəşrinin yaydığı məlumata görə, 53 yaşlı mütəxəssis artıq federasiya ilə ilkin razılığa gəlib. Gözləntilərə əsasən, o, 2026-cı il dünya çempionatından sonra hazırkı baş məşqçi Didye Deşamı əvəz edəcək.

Məsələ ilə bağlı Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo da açıqlama verib. O, “Le Figaro”ya müsahibəsində yeni baş məşqçinin kimliyinin artıq müəyyənləşdiyini və yaxın günlərdə rəsmi təqdimatın keçiriləcəyini bildirib.

Qeyd edək ki, Zinəddin Zidan son olaraq Real Madrid klubunda çalışıb və 2021-ci ildən bəri məşqçilik fəaliyyətindən uzaq idi. Onun adı bir müddət Mançester Yunayted ilə də hallanırdı.

Seçilən
37
2
olke.az

3Mənbələr