AZ

Xəbər başlıqlarını artıq süni intellekt yazır

"Google" axtarış nəticələrində və “Discover” lentində orijinal xəbər başlıqlarını süni intellekt tərəfindən yaradılmış yeni mətnlərlə əvəz edir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, texnologiya nəhəngi "Google" istifadəçilərin axtarış sorğularına daha uyğun nəticələr təqdim etmək məqsədilə xəbər saytlarının orijinal başlıqlarını süni intellekt vasitəsilə yenidən tərtib edir.

Bu yeni tətbiq həm ənənəvi axtarış nəticələrindəki keçidləri, həm də "Google" Discover platformasındakı məzmunları əhatə edir.

"Google" rəsmiləri başlıqların dəyişdirilməsinin hələlik məhdud çərçivədə və kiçik bir sınaq mərhələsində həyata keçirildiyini təsdiqləyiblər.

Lakin bir çox media qurumu özlərinin yazmadığı və brend üslubuna uyğun olmayan başlıqların axtarış nəticələrində göründüyünü müəyyən edərək buna etiraz edib.

Aparılan araşdırmalar göstərib ki, süni intellekt bəzi hallarda xəbər başlıqlarını qısaldarkən məzmunun əsas məqsədini və mənasını tamamilə dəyişə bilir.

"Google" rəsmiləri bildirir ki, bu testlərin məqsədi məzmunu istifadəçi sorğuları ilə daha uyğunlaşdırmaqdır, lakin bu funksiyanın gələcəkdə daimi olub-olmayacağı hələ də qeyri-müəyyəndir.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr