AZ

Nigeriyada körpü partladılıb, azı səkkiz nəfər həlak olub

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli “The Sun Nigeria” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış körpünü dağıdıb. Həmin zaman körpüdə olan avtomobildəki yeddi sərnişin və sürücü hadisə yerində ölüb.

Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal edilir.

Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun güc strukturlarının antiterror əməliyyatına başladığını bildirib. /Report/

Seçilən
57
7
nocomment.az

8Mənbələr