AZ

İctimai nəqliyyatda "BirKart" ilə ödəniş məhdudlaşdırılıb...



Son günlər ictimai nəqliyyat vasitələrində, xüsusən də avtobuslarda "BirKart"la ödəniş mümkünsüz hala çevrilib. Demək olar ki, "BirKart"la ödəniş etmək məhdudlaşdırılıb. Bu da sərnişinlərlə avtobus sürücüləri arasında ciddi narazılıq yaradıb. Sərnişinin kartında vəsait olduğu halda ödəniş keçmir. Maraqlıdır ki, analoji hal digər bankların ödəniş kartlarından müşahidə olunmur, bu problem yalnız "BirKart"la bağlı yaranıb. "BirKart" ilə ictimai nəqliyyat vasitələrində ödənişin məhdudlaşdırılması nə ilə bağlı ola bilər? Bayram tətili olduğundan məsələyə Bir bankın mövqeyini öyrənə bilməsək də, ümumi araşdırma apardıq. Ekspertlər qeyd edir ki, Azərbaycanda" BirKart" ilə gedişhaqqının ödənilməsinin məhdudlaşdırılması bir neçə səbəblə bağlı ola bilər. Əsas səbəblərdən biri texniki və sistem yenilənmələridir. Nəqliyyat sistemləri vaxtaşırı yenilənir və bu zaman bəzi ödəniş üsulları müvəqqəti dayandırıla bilər. Bu, xüsusilə kart inteqrasiyası və ya ödəniş terminallarının dəyişdirilməsi ilə əlaqəli olur. Digər səbəb maliyyə və müqavilə məsələləridir. "BirKart" bank kartı olduğu üçün nəqliyyat operatorları ilə bank arasında əməkdaşlıq şərtləri dəyişə bilər. Komissiya haqları, ödənişlərin işlənmə qaydası və ya təhlükəsizlik tələbləri uyğun gəlmədikdə belə məhdudiyyətlər tətbiq oluna bilər. Bəzən isə bu addım alternativ sistemləri təşviq etmək üçün edilir. Məsələn, xüsusi nəqliyyat kartlarının və ya mobil tətbiqlərin istifadəsini artırmaq məqsədilə bank kartları ilə ödənişlər məhdudlaşdırıla bilər. Həmçinin təhlükəsizlik məsələləri də rol oynaya bilər. Fırıldaqçılıq risklərinin qarşısını almaq və ya sistemdəki nasazlıqları aradan qaldırmaq üçün müvəqqəti məhdudiyyət qoyula bilər. İradə SARIYEVA
Seçilən
40
baki-xeber.com

1Mənbələr