AZ

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Hər zamanın öz, hər aktyorun öz tamaşaçısı var. Gülüşün növü dəyişib. Bu, hər zaman belə olub. Bizdən sonrakı nəsildə hər şey fərqlidir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Bir gün" verilişində deyib.

Aktyor insanların sənət adamlarının zövqünü korladığını bildirib:

"Tək yumorda yox, mahnılarda da belədir. Hörmətli tamaşaçı, biz sizin yox, siz bizim zövqümüzü korlayırsınız. Məclisinizə bayağı mahnı ifaçılarını buraxırsınız. Digər sənət adamları da görür bunu və başlayır məclis elə mahnı oxuyub, zarafat etməyə. Əvvəlki oxunan mahnılara, edilən zarafatlara baxın. Hər şey tamam dəyişib"./Axşam.az

Bizim.Media

Seçilən
27
10
bizim.media

10Mənbələr