AZ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Bakı. Trend:

23 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziriSeyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Trend xəbər verirki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub.Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətindəmümkün səylər və Xəzər dənizi bölgəsində təhlükəsizliyin təminolunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin İran ərazisindən Naxçıvan MuxtarRespublikasına dron hücumları ilə bağlı araşdırmanın tamamlanmasıüzrə gözləntilərini diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər üzrə dəfikir mübadiləsi aparıblar.

Seçilən
56
39
az.trend.az

10Mənbələr