AZ

Çin benzin və dizelin qiyməti qalxıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

Sabahdan bir ton benzinin qiyməti 168 dollar, dizelin qiyməti isə 161 dollar artacaq

Çin hakimiyyəti benzin və dizel yanacağının daxili pərakəndə satış qiymətlərinin artırıldığını elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının açıqlamasında qeyd olunub.

Bildirilib ki, 24 mart tarixindən etibarən bir ton benzinin qiyməti 1160 yuan (təxminən 168 dollar), dizel yanacağının qiyməti isə 1115 yuan (təxminən 161 dollar) artacaq. Müvafiq regional düzəlişlərdən sonra bir ton benzinin qiyməti 10415 ilə 10855 yuan (təxminən 1509 dollar və 1573 dollar) arasında, dizel yanacağının qiyməti isə 9460 ilə 9800 yuan (təxminən 1371 dollar və 1420 dollar) arasında dəyişəcək.

Çinin yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı hazırkı siyasətinə görə, qlobal neft qiymətlərindəki dəyişikliklər daxili bazarda bir ton neft məhsulunun qiymətinin 50 yuandan çox artmasına və ya azalmasına səbəb olarsa və bu vəziyyət 10 iş günü davam edərsə, benzin və dizel yanacağının qiymətləri tənzimlənir. Benzin və dizel yanacağının qiymətləri hökumət subsidiyaları səbəbindən Çində dəyişir. Ən yüksək qiymətlər ənənəvi olaraq Çenduda, ən aşağı qiymətlər isə Sincan Uyğur Muxtar Rayonunda müəyyən edilir.

Əvvəlki artım qiymət tənzimlənməsi 10 martda edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
ayna.az

1Mənbələr