AZ

ABŞ-İran danışıqlarından xəbərdar idik - Starmer

Britaniya ABŞ-İran danışıqlarından xəbərdar idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.

O qeyd edib ki, birinci prioritet münaqişəni tez bir zamanda həll etmək və xüsusilə nüvə silahı kontekstində İrana sərt şərtlər qoyan danışıqlar yolu ilə razılaşmanın hazırlanması olmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hərbi zərbələri 5 günlük müddətə təxirə salıb. O, İranla danışıqların baş tutduğunu iddia etsə də, Tehran bu məlumatı təkzib edib./Axar.az

Seçilən
19
bakivaxti.az

1Mənbələr