GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq gündəmdə diqqət çəkib. Tramp bildirib ki, əgər hər şey plan üzrə getsə, Hörmüz boğazı çox qısa müddətdə açıq olacaq.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, boğazın birgə nəzarət altında olması mümkündür.
Amma Tramp bu nəzarətin kimlər arasında bölüşdürüləcəyi ilə bağlı qeyri-müəyyən ifadələr işlədib. ABŞ prezidenti həmçinin İranda baş verən proseslərə toxunaraq, ölkədə faktiki olaraq rejim dəyişikliyinin artıq başladığını iddia edib. O, mövcud hakimiyyət nümayəndələrinin aradan götürüldüyünü və hazırda “etibarlı və ağıllı” şəxslərlə işlədiklərini vurğulayıb.
Tramp əlavə edib ki, İranda yeni liderin ortaya çıxması mümkündür və bu şəxsin ölkə daxilində nüfuza malik olacağı istisna edilmir. Onun sözlərinə görə, bu namizədlər artıq müəyyən çevrələrdə tanınır.
ABŞ prezidenti çıxışında Venesuela ilə bağlı vəziyyətə də toxunaraq bildirib ki, bu ölkədə proseslər Vaşinqton üçün uğurla inkişaf edir. Tramp Venesuelada neft sahəsində irəliləyiş olduğunu qeyd edib və İranda da oxşar ssenarinin mümkünlüyünü istisna etməyib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.