AZ

Avropa və Asya arasında mayeləşdirilmiş təbii qaz (LNG) rəqabəti kəskinləşir

Yaxın Şərqdə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün böyük ölçüdə dayanmasından sonra Avropaya getməsi planlaşdırılan 11 LNG yük gəmisi istiqamətini Asyaya çevirib.

​Hörmüz boğazının faktiki olaraq bağlanmasından sonra Körfəzdəki LNG hasilatının beynəlxalq bazarlara çıxarıla bilməməsi və bölgədəki bəzi müəssisələrə edilən hücumlar səbəbindən istehsalın kəsilməsi, qlobal LNG bazarlarında tədarük qıtlığına yol açıb.

​Xüsusilə dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin "Ras Laffan" müəssisəsinə edilən raket hücumlarından sonra dəyən zərərin ölkənin ixrac potensialını 17% azaltması ilə Asiya alıcıları yeni tədarük mənbələri axtarışına çıxıblar. Bu vəziyyət Asiyada "spot" LNG qiymətlərini yüksəldərək ABŞ və Nigeriyadan gələn çevik tədarükün Asyaya yönəlməsinə səbəb olub.

​"Kpler" məlumat analitika şirkəti və "MarineTraffic" gəmi izləmə şirkətinin məlumatlarına görə, martın 3-dən bəri Avropaya getməsi planlaşdırılan 11 LNG gəmisi marşrutunu Asyaya doğru dəyişib. Beləliklə, son günlərdə Avropa və Asiya arasındakı LNG rəqabəti pik həddə çatıb.

​İstiqamətini Asyaya çevirən sonuncu yüklərdən biri, ABŞ-da yükləmə apardıqdan sonra martın 19-da marşrutunu Fransanın Montuar limanından Asyaya yönəldən "La Seine" gəmisi olub. Bənzər tendensiya nümayiş etdirən "BW Brussels" və "LNG Cross River" də daxil olmaqla digər gəmilər hazırda Hindistanın Dahej limanına doğru irəliləyir.

Seçilən
29
aznews.az

1Mənbələr