AZ

Sürücülərə şad xəbər: tıxacın qarşısını almaq üçün yeni yolla salınır VİDEO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində yeni iri layihələrin icrasına başlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda Bakı ətrafından gələn və şəhər mərkəzinə daxil olmadan hərəkət etmək istəyən sürücülər alternativ yolların olmaması səbəbindən məcbur şəkildə mərkəzi küçələrdən istifadə edir. Bu isə onsuz da yüklənmiş nəqliyyat arteriyalarında sıxlığı daha da artırır.

Problemin həlli məqsədilə üç iri strateji yol layihəsi planlaşdırılır. Həmin layihələrin köməyilə nəqliyyat axını şəhər mərkəzinə daxil olmadan paylanacaq və tıxacların əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Birinci layihə Bilgə–Novxanı–Xırdalan–M4, ikinci layihə Sabunçu ilə Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Üçüncü istiqamət isə Bakı dairəvi avtomobil yolu ilə Ziya Bünyadov prospekti arasında birbaşa əlaqənin qurulmasını nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr