AZ

Xankəndidə KUMUN 2026 üçün müraciətlər açıq elanEDİLDİ

Xankəndidə keçiriləcək 1-ci Qarabağ Universiteti BMT Model Konfransı – KUMUN 2026 üçün müraciətlər açıq elan olunub. Tədbirin 29–31 may 2026-cı il tarixlərində Qarabağ Universitetində baş tutacağı planlaşdırılır.

Redaktor.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində, Gənclərin Beynəlxalq Dialoq Platformasının (İYDP) təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə keçiriləcək.

KUMUN 2026 gəncləri və tələbələri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. İştirakçılar diplomat rolunda çıxış edərək müxtəlif BMT komitələrinin simulyasiyalarında yer alacaqlar.

Konfransın işçi dili ingilis dilidir. Müraciətlər həm yerli, həm də xarici gənclər və tələbələr üçün açıqdır.

Son müraciət tarixi 15 aprel 2026-cı il müəyyən edilib. Qeydiyyatdan keçmək istəyənlər müvafiq link vasitəsilə müraciət edə bilərlər.

Seçilən
60
2
redaktor.az

8Mənbələr