AZ

KİV: Hörmüz boğazının tam bağlanması məsələsi hələ də açıq qalır

Hörmüz boğazının tam bağlanması məsələsi hələ də açıq qalır.

Bu barədə "Al Jazeera" telekanalı İran rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın gələcək addımlarının qeyri-müəyyənliyi səbəbindən bu məsələ ilə bağlı yekun qərar verilməyib.

“Hörmüz boğazının bağlanması və minalanması məsələsi açıq qalır, çünki ABŞ-dan istənilən gözlənilməz addımlar atıla bilər”, – deyə mənbə bildirib.

Qeyd olunub ki, Vaşinqton hələ də Tehranın əsas tələblərini, yəni kompensasiya ödənilməsi və İrana qarşı aqressiyanın açıq şəkildə tanınmasını qəbul etmir.

Bildirilib ki, tərəflər gərginliyin azaldılması məqsədilə Misir və Türkiyə vasitəsilə mesaj mübadiləsi aparıb.

Seçilən
37
3
apa.az

4Mənbələr