AZ

Trampın İranla bağlı qərarına hansı ölkə təsir edib...

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyalarına zərbə endirməklə hədələyən 48 saatlıq ultimatum ideyasını təxirə salıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail nəşri “Ynet” öz mənbələrinə istinadla maraqlı bir detaldan bəhs edib.

Nəşr qeyd edir ki, Amerika lideri bu qərarı Qətər dövlətinin təkidi ilə verib, lakı ultimatumun nəzərdə tutduğu ideyadan tamamilə imtina etməyib.

Daha əvvəl ABŞ-nin Trampın İsrailə səfəri üçün 9 apreli İranla müharibənin son tarixi kimi təyin etdiyi bildirilirdi. Bu, ABŞ prezidentinə Müstəqillik Günündə İsrailə gəlməyə və dövlət mükafatı almağa imkan verəcək.

Qətərin Trampı İranın elektrik stansiyalarını vurmaqdan vaz keçirməsinin səbəbi isə bu dövlətin İranın cavab zərbələrindən daha çox zərər çəkməsidir. Güman edilir ki, Qətər rəhbərliyi İranın ölkədəki elektrik stansiyalarını hədəf alacağı təqdirdə Qətərin mülki əhalisinin acınacaqlı həyat şəraitinə düçar olacağından çəkinir.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr