AZ

Dünyanın ilk hidrogenlə işləyən kruiz gəmisi suya endirildi

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

“Viking Cruises” şirkəti ekoloji cəhətdən təmiz səfərlər sahəsində böyük addım ataraq dünyanın ilk hidrogenlə işləyən kruiz gəmisi “Viking Libra”nı suya endirib. Gəmi ilin sonuna yaxın səfərlərə başlamağa hazırlaşır.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, “Viking Libra” bu ilin noyabr ayından etibarən Aralıq dənizi və Şimali Avropa səfərləri ilə ilk dəfə dənizə çıxacaq.

Sektorda bir ilk olan gəmi, mayeləşdirilmiş hidrogeni PEM (polimer elektrolit membran) yanacaq hüceyrəsi sistemi ilə işlədən hibrid sisteminə malikdir. Bu sistem gəmini 6 meqavatadək güclə təmin edir və səfərin bəzi hissələrində sıfır tullantı ilə hərəkət etdirməyə imkan verir.

Bütün marşrut boyunca kifayət qədər hidrogen təmin edilməsə də, bu texnologiya gəminin ekoloji həssas bölgələrə daha təmiz yanacaqla çatmasını təmin edəcək.

Gəminin suya ilk endirilməsinə “Ancona”, “Fincantieri” tərasnələrində keçirilən mərasimdə diqqət çəkilib. “Viking Cruises”in İdarə Heyətinin sədri və CEO-su Torstein Hagen bildirib ki, ““Viking Libra”nın suya endirilməsi, “Viking” və “Fincantieri” ilə davam edən əməkdaşlığımız üçün yeni bir dönüm nöqtəsidir. Gəmi dizaynında əsas diqqət yanacaq sərfiyyatının azaldılmasına yönəlib və “Viking Libra”, indiyə qədər ən ekoloji təmiz gəmi olacaq.”

Gəmidə daxili və xarici işlərinin, texniki montaj və təchizat işləri tamamlanması mərhələsi başlayıb. Gəminin tamamlanmış halda çəkisi təxminən 54 300 ton, ümumi 998 sərnişinin yerləşəcəyi 499 kupe olacaq.

Hidrogenlə işləyən digər kruiz gəmisi “Viking Astrea” də hazırda inşa mərhələsindədir. Onun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Digər kruiz şirkətləri də daha aşağı emissiya ilə fəaliyyət göstərmək üçün addımlar atır. Məsələn:

“MSC Cruises”ın son iki – “World Europa” və “World America” gəmiləri mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyir.

“Hurtigruten” 2025-ci ilin oktyabrında Norveçdə biyodizel istifadə edərək neytral səfər həyata keçirib.

“Havila Voyages” isə bölgədə biyogaz ilə bir səfər təşkil edib. Onların gəmiləri LNG ilə işləyir, lakin 4 saatlıq sıfır tullantı ilə hərəkət etməyə imkan verən batareya paketlərinə malikdir.

“Hurtigruten” həmçinin 2030-cu ildə xidmətə veriləcək, 60 meqavatlıq batareya paketindən güc alan sıfır tullantılı kruiz gəmisi üzərində də işləyir.

Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
www.bakupost.az

1Mənbələr