AZ

ABŞ İranda köhnəlmiş zenit-raket sistemlərini vurdu » AzadMedia.az


ABŞ qüvvələri İranda zenit-raket kompleksi HQ-2-nin buraxılış qurğusuna zərbə endirib. Bu sistem Çin tərəfindən istehsal olunan və sovet S-75 kompleksinin surəti hesab olunur. Köhnə hərbi texnikaya endirilən zərbənin videosunu “Rossiyskaya qazeta” yayıb.
Videolarda bir neçə dəfə “Kvadrat” zenit-raket kompleksləri də müşahidə olunub. Bunlar sovet istehsalı olan 2K12 “Kub” sisteminin ixrac variantlarıdır. Bu qurğuların bir hissəsi 1980-ci illərdə İraqın hücumlarının dəf edilməsi zamanı ələ keçirilib. Digər hissəsinin isə Liviya tərəfindən tədarük edildiyi bildirilir.
1990-cı illərdə “Kvadrat” sistemlərinin kiçik həcmdə alışları Şərqi Avropa ölkələrindən həyata keçirilib. 2026-cı ildə isə bu tip silahlar artıq köhnəlmiş hesab olunur.
Videoda həmçinin 1970-ci illərdə alınmış MIM-23 Hawk zenit-raket kompleksinə təkrar zərbə endirildiyi də göstərilib. Ehtimal olunur ki, ABŞ ordusunun hesabatlarında bu zərbə yeni məhv edilmiş hədəf kimi təqdim olunub.
Bundan əvvəl İsrail və ABŞ hərbi qüvvələrinin İranda, Natanz şəhərində yerləşən nüvə obyektinə zərbə endirdiyi barədə məlumat yayılmışdı.
Seçilən
26
1
azadmedia.az

2Mənbələr