AZ

İsrail ordusu Livanın cənubunda “Hizbullah” üzvlərini əsir götürdü » AzadMedia.az


İsrail hərbçiləri Livanın cənubunda keçirilən əməliyyat zamanı şiə hərəkatı “Hizbullah”ın “Radvan” dəstəsinin bir neçə üzvünü əsir götürüb. Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) Telegram kanalında məlumat yayıb.
Qurumun açıqlamasına görə, hadisə silah axtarışı üzrə əməliyyat zamanı baş verib. Bildirilir ki, Hizbullah döyüşçüləri tank əleyhinə raketlərin buraxılması üçün atəş mövqeyi qurmağı planlaşdırırmış.
“Müəyyən edildikdən sonra terrorçular təslim oldular. Onlar saxlanılaraq dindirilmək üçün İsrail ərazisinə aparılıblar. Üzərlərində çoxlu sayda silah və sursat aşkar edilib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Litani çayı üzərindəki körpülərin dağıdılması barədə göstəriş alıb. Bu addım “Hizbullah”ın silahlı dəstələrinə qarşı mübarizə çərçivəsində atılır.
Onun sözlərinə görə, hərbçilərə həmçinin sərhədyanı kəndlərdə yerləşən evlərin dağıdılmasını sürətləndirmək tapşırılıb. Məqsəd İsrail yaşayış məntəqələrinə olan təhlükəni aradan qaldırmaqdır. Bu yanaşmanın Qəzza zolağındakı Beyt-Hanun və Rəfah şəhərlərində tətbiq edilən modelə əsaslandığı qeyd olunur.
Seçilən
19
1
azadmedia.az

2Mənbələr