AZ

Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb: 8 ölü, 15 ağır yaralı

Bakı, 24 mart, AZƏRTAC

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules C-130” təyyarəsi cənubdakı Puerto Leguizamo bələdiyyəsində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Putumayo Departamentinin qubernatoru Con Molina bildirib.

Məlumata görə, 8 hərbçi həlak olub, 15 nəfərin vəziyyəti ağırdır. Daha əvvəl Kolumbiya Prezidenti Qustavo Petro bir əsgərin ölümünü təsdiqləyib. Onun sözlərinə görə, 77 əsgər xəstəxanalara yerləşdirilib, 43 nəfərin taleyi isə hələ naməlum olaraq qalır.

Seçilən
113
azertag.az

1Mənbələr