AZ

Zidan Fransa millisinin sükanı arxasına keçir - AÇIQLAMA

Futbol üzrə Fransa millisinin yeni baş məşqçisi artıq dəqiqləşib. Məlum olub ki, Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisinin yeni baş məşqçisi olacaq.

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo “Le Figaro”ya müsahibəsində bildirib ki, yığmanın yeni baş məşqçisinin kim olacağı artıq dəqiqləşdib. Sadəcə təyinat mundialdan sonra rəsmiləşəcək və bu səbəbdən də o, ad açıqlamaq istəmir. Fransa mediası isə israrla Z.Zidanın Dosye Deşamı əvəz edəcəyini yazır.

Mətləb

Seçilən
51
sia.az

1Mənbələr