Perunun cənubunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə polisə istinadən yerli "Diario Correo" nəşri məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi Arekipa departamentində yerləşən San-Antonio-de-Çuka rayonunda, trasın 178-ci kilometrliyində baş verib. Qəzetin məlumatına görə, 11 nəfər hadisə yerindəcə ölüb. Daha iki yaralı xəstəxanaya aparılarkən yolda vəfat edib.
Baş vermiş qəzanın səbəbləri araşdırılır.