AZ

ABŞ-də neft emalı zavodunda partlayış baş verib

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Port Artur şəhərində yerləşən "ValeroEnergy" şirkətinə məxsus neft emalı zavodunda partlayış başverib.

Trend xəbər verirki, bu barədə "KFDM" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayışa nasaz işləyən qızdırıcının səbəbolduğu ehtimal edilir. Hadisə yerindən yayılan görüntülərdə zavodərazisindən qalın və tünd tüstünün yüksəldiyi müşahidə olunur.

Hələlik xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. QərbiPort Artur sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaq taparaqolduqları yerlərdə qalmaları tövsiyə olunub.

Qeyd edək ki, "Valero Energy"nin Port Artur neft emalı zavodugündəlik təxminən 435 min barel xam nefti emal edərək benzin, dizelvə reaktiv yanacaq istehsal edir.

Seçilən
92
9
az.trend.az

10Mənbələr