AZ

ABŞ-də neft emalı zavodunda güclü partlayış – yanğın başladı / VİDEO

Texasın Port Artur şəhərində yerləşən “Valero” şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisədən sonra müəssisənin üzərində qalın tüstü buludu yaranıb və yanğınsöndürmə xidməti ətraf ərazilərdə yaşayan bütün sakinlərə “təhlükəsiz yerdə sığınmaq” əmri verib.

Dairə şerifi Zena Stivens bildirib ki, partlayışın ilkin səbəbi sənaye qızdırıcısı olub. Səlahiyyətli orqanlar NEZ ətrafındakı havanın keyfiyyətinə nəzarət edirlər.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma davam edir.

Məlumata əsasən, zavod gündə təxminən 435 min barel neft emal edir və burada 770 nəfər çalışır.

Aliyə
NOCOMMENT.az

Seçilən
60
nocomment.az

1Mənbələr