AZ

ABŞ hökuməti “TotalEnergies” şirkətinə nəhəng təzminat ödəyəcək

Bakı. Trend:

Donald Trump administrasiyası Fransanın TotalEnergies şirkətinəABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrikstansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyarddollar ödəməyə razılaşıb.

Bu barədə Trend“The Independent” nəşrinə istinadən xəbər verir.

ABŞ-nin Daxili İşlər Nazirliyi bildirib ki, əvvəlkiadministrasiya dövründə əldə edilmiş lisenziyalar üçün şirkətinxərclədiyi 928 milyon dollar geri ödəniləcək. Bu layihələr Nyu-Yorkvə Şimali Karolina sahilləri yaxınlığında planlaşdırılmışdı.

Əvəzində “TotalEnergies” eyni həcmdə investisiyanı ABŞ-da neftvə təbii qaz hasilatına yönəldəcək. Bu, Texas ştatındakı “RioGrande LNG” layihəsində iştirak və Meksika körfəzində, həmçininşist yataqlarında hasilatın artırılmasını əhatə edir. Rəsmilər buaddımı daha etibarlı hesab etdikləri enerji mənbələrinə keçid kimiqiymətləndirirlər.

ABŞ-nin Daxili İşlər naziri Daq Burqam dəniz külək enerjisinibahalı, etibarsız və subsidiyalardan asılı sahə kimi tənqid edib.Qərar hüquqi mübahisələr fonunda qəbul olunub; belə ki, federalməhkəmələr daha əvvəl külək layihələrinin dayandırılması cəhdlərinəqarşı çıxmışdı. “TotalEnergies”in baş direktoru Patrik Pouyanne isəbildirib ki, şirkət lisenziya xərclərinin geri ödənilməsimüqabilində ABŞ-də dəniz külək enerjisi layihələrindən imtinaetməyə razılaşıb

Məqalədə:
Seçilən
37
1
az.trend.az

3Mənbələr