AZ

Kolumbiyada hərbi təyyarə qəzasında azı 66 nəfər ölüb

Kolumbiyanın Putumayo departamentində “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası mənbələrə istinadla məlumat yayıb.

Xilasetmə xidmətləri dağıntılar altından cəsədlərin çıxarılmasını davam etdirir, ölənlərin dəqiq sayı isə hələ müəyyənləşdirilir.

Məlumata görə, təyyarədə 128 nəfər olub. Onlardan 57-si xəstəxanaya yerləşdirilib, biri xəsarət almayıb. Digər dörd nəfərin cəsədi hələ tapılmayıb. Təyyarə Puerto Leguizamodan Puerto Asis şəhərinə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Yerli media qəzanın baş verdiyi əraziyə çıxışın çətin olduğunu və bunun xilasetmə işlərini ləngitdiyini bildirir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib, texniki nasazlıq və hava şəraiti əsas ehtimallar kimi araşdırılır.

Seçilən
12
4
yeniazerbaycan.com

5Mənbələr