AZ

Zaqatalada yol qəzası olub, xəsarət alan var » AzadMedia.az


Zaqatalada yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Seçilən
28
9
azadmedia.az

10Mənbələr