AZ

Şahzadə müharibəyə qoşulur

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-nin İrana zərbələrinə qoşulmaq qərarına gələ bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, mənbələrdən biri krallığın müharibəyə girməsinin yalnız zaman məsələsi olduğunu qeyd edib.

Münaqişədən əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti İrana zərbələr endirmək üçün öz ərazisindən və hava məkanından istifadəyə icazə verməkdən imtina edib. 

Lakin mənbələr WSJ-yə bildiriblər ki, Ər-Riyad bu yaxınlarda ABŞ ordusuna ölkənin qərbindəki Kral Fəhd hava bazasından istifadə etməyə icazə verib.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr