AZ

Mənzil tikintisinə investisiya yatırımı 31%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 31,4% azdır.

2026-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,2 faizini inşa, yenidənqurma və bərpa, 9,2 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,2 faizini qeyridövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Seçilən
8
3
fed.az

4Mənbələr