Banqladeşdə kəskin yanacaq çatışmazlığı səbəbindən ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətinin hər an dayandırıla biləcəyi barədə xəbərdarlıq edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Banqladeş Yanacaqdoldurma Məntəqələri Sahibləri Assosiasiyası vəziyyəti son dərəcə ağır kimi qiymətləndirib.
Sürücülər yanacaq üçün saatlarla növbə gözləyirlər, motosiklet sahibləri gün ərzində bir neçə dəfə yanacaq alaraq onu sonradan "qara bazar"da baha qiymətə satırlar. Yanacaq qıtlığı fonunda YDM-lərə qarşı cinayət halları da artıb. Məlumata görə, mütəşəkkil qruplar gecə saatlarında bağlı olan məntəqələrə silahlı hücumlar edərək, sahibləri güclə yanacaq çənlərini boşaltmağa məcbur edirlər.
Qeyd edək ki, Banqladeşin enerji sektoru Yaxın Şərq ölkələrindən birbaşa asılıdır. İdxal olunan neftin 63%-i Səudiyyə Ərəbistanı, BƏƏ və İraqın payına düşür.
Milli.Az