AZ

Batumidə Azərbaycan mədəniyyət və kulinariya nümunələri nümayiş etdirilib

Yazını böyüt
Yazını kiçilt

Novruz bayramı münasibətilə martın 23-də Gürcüstanın Batumi şəhərində mədəni tədbir keçirilib. Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndəlıri, azərbaycanlı iş adamları, tələbələr, xarici qonaqlar iştirak ediblər.

Hafta.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva milli musiqi nümunələri, xalq və bəstəkar mahnıları ifa edib.

Baş Konsulluğun nəzdində fəaliyyət göstərən "Bazar günü" məktəbinin yetirmələri maraqlı kompozisiyalar təqdim ediblər.

Tədbir iştirakçılarına ölkəmizin musiqi və kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradılıb. Qonaqlara zəngin Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

Seçilən
16
2
hafta.az

3Mənbələr