AZ

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews" kanalında Azərbaycanın dünyaca məhşur paxlavasına həsr olunan reportaj yayımlanıb.

APA xəbər verir ki, videomaterialda paxlavanın Azərbaycanda Novruzla bağlı şirniyyat olduğu vurğulanıb. Qeyd olunub ki, bu, nəsillər boyu ötürülən reseptləri ilə ortaq mədəni ənənələri əks etdirir.

“Azərbaycan paxlavası Novruz bayramı ilə əlaqəli ənənəvi şirniyyatdır və ölkənin müxtəlif bölgələrində geniş şəkildə hazırlanır”, - süjetdə qeyd olunur.

Euronews süjetində ekspert kimi çıxış edən Ehtiram Fərzəlibəyov Azərbaycan paxlavasının hazırlanma qaydasını xarici tamaşıçılarla bölüşüb.

Qida mütəxəssisləri qeyd edirlər ki, hər bölgənin öz paxlavası mövcuddur, fərqli, özünəməxsus reseptlər qorunur.

Seçilən
42
9
apa.az

10Mənbələr