AZ

21-ci əsrdə Trafford kimisi olmayıb

İngiltərə Liqa Kubokunun finalında "Arsenal"ı 2:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin qapıçısı Ceyms Trafford unikal nəticəyə imza atıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 23 yaş 163 günlüyündə meydana çıxan qolkiper 1978-ci ildən bəri bu turnirin finalında start "11-lik"də yer alan ən gənc ingilis "çərçivə" qoruyucusu olub.

1978-ci ildə baş tutan həlledici qarşılaşmada "Nottingem Forest" və "Liverpul" qarşılaşıblar. Həmin görüşdə qapıçı Kris Vuds 23 yaş 163 günlüyündə mübarizə aparıb.

Xatırladaq ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Liqa Kubokunu İngiltərə futbolu tarixində ən çox qazanan mütəxəssisdir - 5 dəfə.

Toğrul

Seçilən
6
1
fanat.az

2Mənbələr