AZ

ABŞ Yaxın Şərqə hərbi qüvvə yığır: Onlarla hərbi təyyarə bölgəyə göndərilib

ABŞ Yaxın Şərqə hərbi qüvvələrinin daşınmasını kəskin şəkildə artırır. Martın 12-dən etibarən ABŞ-ın hərbi bazalarından “C-17” tipli hərbi nəqliyyat təyyarələri ilə azı 35 reys həyata keçirilib, daha 11 reys isə hazırda icra olunmaqdadır. Genişmiqyaslı əməliyyatda ABŞ-ın quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri iştirak edir.

NOCOMMENT.az xəbər verir ki, hərbi texnika və şəxsi heyətin daşınması əsasən Corciya ştatındakı “Fort Stüart” (12 reys), Vaşinqtondakı “Lyuis-Makkord” (11 reys), Şimali Karolinadakı “Fort Breqq” (6 reys), Kentukkidəki “Fort Kempbell” (4 reys) və Virciniyadakı “Oşeana” (4 reys) bazalarından həyata keçirilir. Bundan əlavə, digər naməlum nöqtələrdən də 9 uçuş qeydə alınıb. Daşınmaların əsas istiqaməti İsrailin “Uvda” aviabazası (17 reys), həmçinin İordaniyadakı “Kral Feysəl” (13 reys) və “Kral Hüseyn” (4 reys) hava limanlarıdır. Köçürmənin miqyası ABŞ-ın regiondakı hərbi mövcudluğunu ciddi şəkildə gücləndirdiyini göstərir.

Sara,
NOCOMMENT.az

Seçilən
69
nocomment.az

1Mənbələr