AZ

Azərbaycan Özbəkistan ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan
Azərbaycan və Özbəkistan arasında aqrar sahədə Anlaşma Memorandumu imzalanıb. 1news.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sənəd nazirliyin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatı Bilikləri və İnnovasiya Sistemi (AKIS) imzalanıb.
Sənədi ATM-in direktoru Rəşad Hüseynov və AKİS-nin direkor müavini Oybek Amanov imzalayıb. Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər aqrar tədqiqat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bundan başqa, Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov ilə görüşüb. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Özbəkistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb. İ.Abduraxmonov Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. M.Məmmədov isə Azərbaycanın sığorta modelinə əsaslanaraq Özbəkistanın öz sığorta modelini qurduğunu, ölkənin kənd təsərrüfatı sahəsindəki nailiyyət və təcrübəsini qardaş ölkə ilə bölüşməyə hazır olduğunu qeyd edib. Görüşdə aqrar sahədə əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin qısa zamanda həyata keçirilməsi, iş adamları arasında əlaqələrin gücləndirilməsi, azərbaycanlı iş adamlarının Özbəkistanda fəaliyyətinin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
10
9
1news.az

10Mənbələr