AZ

Səmərqənddə İmam əl Buxari külliyəsi açıldı

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Özbəkistanın Səmərqənd şəhərində İslam dünyasının görkəmli hədis alimi İmam əl-Buxari adına inşa edilmiş yeni möhtəşəm külliyə ziyarətçilərin istifadəsinə verilib.

"Euronews" xəbər verir ki, kompleks Ramazan bayramı ərəfəsində Şövkət Mirziyoyev tərəfindən açılıb.

45 hektarlıq ərazini əhatə edən külliyədə böyük məscid, türbə və muzey yerləşir, gündəlik qəbul gücü isə 65 min ziyarətçiyə qədər artırılıb.

Muzeydə İmam əl-Buxarinin həyatı və hədislərin toplanması prosesi ilə yanaşı, Həzrəti Məhəmməd dövrünə aid məlumatlar təqdim olunur.

Yüksək ziyarətçi axını nəzərə alınaraq müasir infrastruktur və xidmətlər qurulub.

Qeyd edək ki, kompleksin bölgənin mühüm dini və mədəni mərkəzlərindən birinə çevrilməsi gözlənilir.

İrandan Bakıya uzanan əllər - Yazıçılar Birliyini 21 yaşlı Əli Çağla idarə edir?

Başımdan getmişdi sevdanın qəmi... - Günün şeiri

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
kulis.az

1Mənbələr