AZ

Azərbaycanın Almaniyaya neft ixracı 3 dəfədən çox azalıb

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 65 milyon 259 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni müqayisədə 211 milyon 286 min dollar və ya 4,2 dəfə azdır. 

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 345 min 271 ton və ya 3,2 dəfə azalaraq 154 min 730 ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 5-ci ölkə olub. Ötən ilin eyni dövründə isə Almaniya 2-ci sırada idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
banco.az

2Mənbələr