AZ

Ağstafada QƏZA: XƏSARƏT ALANLAR VAR

Ajans.az xəbər verir ki,hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Qeyd edək ki, "Mercedes Vito"nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş./unikal

Seçilən
8
5
Ajans.az

6Mənbələr