AZ

Alen Simonyan: Köçəryanın qonşu ölkələrə qarşı ərazi iddiası var

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“Ermənistanda faktiki olaraq iki qütb mövcuddur: biri qonşulara qarşı iddialar irəli sürən qütbdür. Məsələn, Robert Köçəryan mətbuat konfransında bildirdi ki, mövcud vəziyyətdə 29 743 kvadrat kilometrlə məhdudlaşmaq utopiyadır. O, iddia siyasətindən danışır, bu isə müharibə ritorikasıdır”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

“Ermənistanın heç vaxt ərazi iddiaları olmamalıdır və qonşularına qarşı heç bir iddiası yoxdur. Regionda elə münasibətlər qurmalıyıq ki, heç kim başqasına hücum etməyi düşünməsin. Hər şeyi etməliyik ki, regionumuz sülh içində olsun, müharibə olmasın. Köçəryan və onun kimi siyasətçilərin revanşist ritorikasının nəyə xidmət etdiyini başa düşürsünüzmü? Bu ona görə edilir ki, Ermənistan başqa dövlətin tərkibində olsun və ya ən azı ondan asılı vəziyyətdə qalsın, rus sülhməramlıları olsun və moderatorun olduğu daimi müharibə vəziyyəti yaransın.

Taksi sürücüsündən də soruşsan, o sizə siyasi analiz edəcək və bunu söyləyəcək”, - o bildirib.

Sülh gündəminə toxunan Alen Simonyan əlavə edib: “Əgər sən xizək sürməyə başlayırsansa, qaydalara da əməl etməlisən ki, yıxılıb başını sındırmayasan. Ermənistan indi elə bir prosesin içindədir ki, orada bizim övladlarımız həlak olmurlar. Bunun nəyi pisdir? Məncə, çox yaxşıdır”.

Parlament sədri Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasını “sülh”, əsas müxalif qüvvələri isə “müharibə partiyası” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
sherg.az

1Mənbələr