İran xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ-İran danışıqlarına razılıq verdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
İddiaya görə, Xamenei Tehranın şərtlərinin yerinə yetirilməsi şərti ilə, məsələnin mümkün qədər tez həll edilməsini istəyib.
Qeyd edək ki, bir gün əvvəl Ağ Ev ABŞ-ın İranla yaxşı və məhsuldar danışıqlar apardığını bildirib.