AZ

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 290 ton meyvə və tərəvəz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 35 milyon 391 min ABŞ dolları (32,4 %), həcm baxımından isə 4 min 891 ton (4,8 %) çoxdur.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 24,8 % təşkil edir.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Seçilən
12
6
anews.az

10Mənbələr