AZ

Rusiyanın Şri Lankadan olan “qonaqları” narazıdır İşlədib pullarını vermirlər

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta Asiya və Cənubi QAfqazdan olan miqrantları sıxışdıran Rusiya hakimiyyəti son illər “uzaq xaric”dən işçi cəlb etməyə başlayıb. Ukraynaya qarşı işğalçılıq müharibəsindən sonra ölkədə işçi qüvvəsinə tələbat kəskin artıb.

Rusiyanın kütləvi miqrant cəlb etdiyi ölkələr sırsına Şri-lanka da qoşulub. 

“AzPolitika” xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Levan Caqaryanın rus mediasına verdiyi məlumata görə, işçi qüvvəsi çatışmazlığı fonunda Rusiya Şri-Lankalı miqrant işçi qruplarını idxal etməyə başlayıb. Bununla belə, o, artıq çətinliklərin və narazılıqların yarandığını qeyd edib. Belə ki, Pskov vilayətində işə başlayan Şri-Lankalıların əmək haqqı gecikdirilib. Caqaryan qeyd edib ki, bu cür hadisələr və digər təşkilati çətinliklər yaxın gələcəkdə Şri-Lankadan işçi qüvvəsinin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

300-dən çox Rusiya şirkətinin iştirak etdiyi sorğu göstərib ki, müəssisələrin 37%-i artıq xarici işçiləri işə götürür. Ukraynadakı tammiqyaslı müharibədən əvvəl şirkətlərin yalnız 5%-i əcnəbiləri işə götürəcəklərini açıqlamışdılar.

Xüsusilə 2025-ci ildə Asiya və Afrikadan olan işçilərin Rusiyaya fəal şəkildə axını qeydə alınıb. Rosstat-ın məlumatına görə, 2025-ci ilin sonuna qədər Rusiya şirkətlərinin ümumi işçi qüvvəsinə tələbatı 2,7 milyon nəfərə çatıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr