AZ

“Rejim dəyişikliyi İsraildə olmalıdır” Baxçalı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı mühüm açıqlamalar verib. 

Dövlət Baxçalı bildirib ki, dünyanın müxtəlif bölgələrində yaşayan məzlum xalqlar ümid axtarır.

Onun sözlərinə görə, Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkan yaranıb və bu istiqamətdə “Türk və Türkiyə Yüzili” strategiyası əsas yol xəritəsidir.

ABŞ və İsrailin İran-da rejim dəyişikliyi istəməsinə münasibət bildirən Dövlət Baxçalı qeyd edib ki, “əsl rejim dəyişikliyi İsraildə baş verməlidir” və bu məsələ ABŞ Prezidenti Donald Trampın əsas gündəmi olmalıdır.

Dövlət Baxçalı çıxışında Türk-İslam coğrafiyasında müharibələrin bitməsini istədiklərini bildirib. O qeyd edib ki, mülki insanların, xüsusilə uşaqların öldürülməsinə artıq dözmək mümkün deyil və bu zülm sona çatmalıdır.

MHP lideri əlavə edib ki, düzgün strategiya, birlik və güclü iradə ilə seçiləcək yol Türkiyəni gələcəkdə “super güc” səviyyəsinə yüksəldə bilər.

Sonda Dövlət Baxçalı vurğulayıb ki, Türkiyə heç bir təhdid qarşısında geri çəkilməyəcək: “Heç bir təhdidə boyun əyməyəcəyik, haqqımızı qoruyacağıq və qarşımıza çıxan hər kəsə qarşı qətiyyətli olacağıq”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
azpolitika.info

1Mənbələr