AZ

Hindistan Rusiyanın ucuz neftinə daha da bağlanır POLİTOLOQ

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Rusiya Hindistanı açıq şəkildə strateji müttəfiq elan etdi

"Moskva Pekinlə yanaşı Yeni Dehli ilə də strateji əlaqələrini gücləndirməyə çalışır. Buna misal olaraq “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” konfransın keçirilməsini göstərmək olar."

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir:

"Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb. 

Hindistanın baş naziri Narendra Modi bir neçə aydan sonra Rusiyaya səfər edəcək. Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. ABŞ Ukrayna müharibəsinə görə Rusiyanın enerji daşıyıcılarına tətbiq etdiyi sanksiyaları yumşaltdıqdan sonra Hindistan Rusiyadan daha çox ucuz neft almağa başlayıb. Rusiyanın neftlə dolu tankerləri Hindistanın limanlarına istiqamətləniblər. Moskvada müzakirə olanacaq mövzular arasında BRİCS də olacaq. Hindistan BRİCS üzvləri arasında əməkdaşlığın genişlənməsində maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib. Bu arada, Narendra Modinin müharibədən bir neçə gün əvvəl İsrailə səfəri ətrafında müzakirələr səngimir. Hindistanın İsraillə sıx tərəfdaşlığının BRİCS ölkələrinin birliyinə mənfi təsir edə bilərmi? Çünki, BRİCS-in digər üzvləri ABŞ və İsrailin İrana qarşı müharibəsini qətiyyətlə pisləyirlər. İsrailə qarşı ən sərt mövqedən çıxış edən BRİCS ölkələrindən biri Cənubi Afrika Respublikasıdır. Hindistanın İsraillə sıx tərəfdaşlığına baxmayaraq, Yeni Dehli balansı qorumağa, çoxqütblü xarici siyasətini davam etdirməyə çalışır. Hindistanın İsraillə müdafiə texnologiyası, kənd təsərrüfatı və innovasiya sahəsində tərəfdaşlığını gücləndirməsiylə yanaşı ərəb dünyası və İranla dərin iqtisadi və enerji əlaqələrini davam etdirir. Məsələn, ABŞ və İsrailin İrana qarşı müharibəsi davam etsə də, Hindistan İranın Çohbahar limanının icarəsindən imtina etməyib. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu səbəbdən bölgədəki müharibə Hindistanın enerji təhlükəsizliyinə, ticarət yollarına və Körfəz ölkələrində yaşayan və işləyən milyonlarla hind vətəndaşının durumuna birbaşa təsir edib. Ona görə Yeni Dehli də müharibənin qısa müddətdə bitməsini istəyir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
sherg.az

1Mənbələr