İranda yüksək vəzifəyə kadr təyinatı baş verib.
“Yeni Sabah” xəbər verir ki, Məsud Pezeşkianın fərmanı ilə Məhəmməd Baqer Zülqədr İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.
Məlumata görə, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Məhəmməd Mehdi Tabatabaei açıqlama verib.
O bildirib ki, təyinat Müctəba Xameneinin təsdiqindən sonra rəsmiləşdirilib:
“Ali rəhbərin təsdiqi və Prezidentin fərmanı ilə Məhəmməd Baqer Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”.
Qeyd edək ki, bu vəzifəni daha əvvəl Ali Larijani icra edirdi. O, martın 17-də Tehranda baş verən hava hücumu zamanı həlak olub.
Yeni təyinat İranın təhlükəsizlik strukturunda son günlər baş verən dəyişikliklər fonunda həyata keçirilib.
Telegram kanalımız